27 iyun 2024 12:21
441

Əsas odur ki, tikanlar içəridədir - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa və Baltikyanı ölkələrin Aİ-yə Rusiya və Belarusla sərhədlər boyunca “müdafiə xətti” çəkməyə çağırışını şərh edib.

“İki sahil” xəbər verir ki, o, Telegram-da bu məsələ ilə bağlı bunları yazıb: "Əsas odur ki, tikanlar içəridədir."

Xatırladaq ki, Polşa və Baltikyanı ölkələr Aİ-ni ittifaqın Rusiya və Belarusla sərhədləri boyunca “müdafiə xətti” qurmağa çağırıblar.

Bu xəttin tikintisinə təxminən 2,67 milyard dollar xərclənəcəyi gözlənilir.