Avro-2024-ün üçüncü turu çərçivəsində Portuqaliya millisi Gürcüstanla üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, Kriştiano Ronaldo Portuqaliya millisinin start heyətində yer almaqla Avropa çempionatlarında 28-ci oyununa çıxıb.
Ulduz futbolçunun hesabında dünya çempionatlarında da 22 görüş var.
Bununla da Ronaldo Dünya və Avropa çempionatlarında 50 matçda meydana çıxmış ilk futbolçu kimi tarixə düşüb.