26 iyun 2024 23:23
482

Slovakiya - Rumıniya matçının ən yaxşı futbolçusu açıqlanıb

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Slovakiya - Rumıniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.

"İki sahil" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 30 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.