25 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan Anlaşma Memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.
Sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO