25 iyun 2024 16:20
494

İstanbul Gedik Universitetinin nümayəndə heyəti BANM-də olub

Türkiyənin İstanbul Gedik Universitetinin prorektoru Halil İbrahim Uğraşın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.