20 iyun 2024 12:50
319

İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir

İnklüzivlik BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin mühüm prinsiplərindən biridir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Elvin Əşrəfzadə Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumda çıxışı zamanı deyib.

“Biz gənclərin iqlimlə bağlı danışıqlara cəlb olunmasına böyük əhəmiyyət veririk. Yaxınlarda Bonnda keçirilən sessiyalar zamanı biz gənclərlə görüşərək onları iqlim danışıqlarına, xüsusən də uyğunlaşma ilə bağlı məsələlərə necə inteqrasiya edə biləcəyimizi müzakirə etdik”, - o bildirib.