Bu gün "Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2024"ə start verildi.
ASA-dan "İki sahil"ə verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə beynəlxalq "Xprimm" şirkətinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2024"-də Mərkəzi Bankın sədri Taleh Kazımovun, Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin və digər dövlət rəsmilərinin açılış nitqləri nəzərdə tutulub.
İki gün davam edəcək Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib