44 saylı Sumqayıt -Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçici ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Qasımkənd kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı rayon prokuroru Xəyalə Aslanova, həmçinin rayon idarə rəhbərləri iştirak edib. Sakinlər onları narahat edən mövzularla bağlı müraciətlərini ediblər.
Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb.
Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
Azərbaycançılıq ideologiyası: Müasir müstəqil Azərbaycanın ümummilli məfkurəsi