22 dekabr 2017 01:25
838

Mənzurə: Pulumun sayını bilmirəm

Müğənni Mənzurə Musayeva "5/5" verilişinin qonağı olub.

Ölkə.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Üstündə nə qədər pul gəzdirirsən" sualına belə cavab verib:

"Heç vaxt pulumun sayını bilmirəm. Nəyim varsa, atıram çantama. Yüz manat görürəmsə, deyirəm problem yoxdur. Normal məbləğ üstümdə olur".

Mənzurə toyda başına gələn hadisədən danışıb:

"Bir məclisdə şəkil çəkdirdilər. O qədər şəkil çəkdirdilər ki, prodüserim məni arxa qapıdan çıxardı. Orada dava düşdü. Hətta bir kişi arxamızca gəlirdi".