Estoniyanın “Viymsi Qarabağ” futbol klubu (Tallinn) 38 komandanın iştirak etdiyi minifutbol üzrə beynəxalq turnirdə ikinci olub.
“İki sahil” xəbər verir ki, iyunun 15-də Latviyanın Baldone şəhərində baş tutmuş yarışmaya Polşa, Latviya, Litva, Finlandiya və Estoniyadan 38 komanda qatılıb.
“Viymsi Qarabağ” FK minifutbol komandası finala yüksəlib və Litvanın “Taurus” FK komandasına penaltilər seriyasında uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, “Qarabağ” hələ qrup mərhələsində “Taurus” ilə qarşılaşıb və onu 3:0 hesabı ilə məğlub edib. Lakin finalda bəxt litvalıların tərəfində olub.
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
AMADA nümayəndələri “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər