Çinin Hıbey əyalətində dünyanın ən uzun şüşə körpüsü hazır olub. Bu barədə China Daily xəbər yayıb. Bildirilir ki, 488 m uzunluğunda və 2 metr enində olan körpü Pingşan mahalının Hongyagu turistik ərazidə vadilə 218 metr hündürlükdə inşa edilib.
Hər biri 4 sm qalınlığındakı 1077 şüşə paneldən olan 77 tonluq körpü 2 gün sonra açılacaq.
Körpünün inşasından məsul olan Lui Çiçi «Səma körpü»sünün eyni vaxtda 2000 nəfəri daşıya biləcəyini, bununla belə bir dəfəyə ancaq 500 nəfərin buraxıla biləcəyini bildirib.
Qeyd edək ki, keçən il Hunan əyalətində 430 metr uzunluğunda qüqə körpü hazırlanmışdı.