“Qarabağ”ın iki futbolçusunun "Zirə" komandasındakı icarə müddəti uzadılıb.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən bildiriblər ki, İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə 2024-2025-ci illər mövsümünün sonuna qədər Bakı klubunda çıxış edəcəklər.
Qeyd edək ki, onlar ötən mövsümdə də icarə əsasında “Zirə”nin formasını geyiniblər.