Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, “qara-qartallar” braziliyalı müdafiəçi Qabriel Paulistanı transfer edib. Azad agent olan 33 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanacaq.
Onun bu axşam tibbi müayinədən keçmək üçün İstanbula gələcəyi bildirilib.
Qeyd edək ki, Qabriel Paulista son olaraq İspaniyanın “Atletiko Madrid” komandasında çıxış edib.