11 iyun 2024 11:55
403

Qvardiola Avro-2024-dəki favoritlərini açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Avro-2024 öncəsi favoritlərin adını açıqlayıb.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, o deyib: “Favoritlərim Almaniya və İspaniyadır. İngiltərə? Onlar qələbəyə getdikcə yaxınlaşırlar. İngiltərənin bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Mən Böyük Britaniyada yaşayıram, ona görə də bu komandanın necə çıxış edəcəyi ilə maraqlanıram”.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyaya, iyunun 14-dən iyulun 14-dək keçiriləcək.