“Milli Aviasiya Akademiyası” voleybol komandasının yeni baş məşqçisi məlum olub.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı klubu italiyalı Covanni Torçio ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
57 yaşlı mütəxəssisin son iş yeri Finlandiyanın “Hamenlinnan Lentopallokerho” komandası olub.
Qeyd edək ki, Covanni Torçio “Milli Aviasiya Akademiyası”nın baş məşqçisi postunda Vüqar Əliyevi əvəzləyib. Komanda ötən mövsüm V.Əliyevin rəhbərliyi altında beşinci olub.