10 iyun 2024 13:30
407

“Zirə” daha bir futbolçu ilə vidalaşdı

“Zirə” komandasında növbəti ayrılıq reallaşıb.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, Dimitrios Çantakiasla yollar ayrılıb. Yunanıstanlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

“Qartallar” daha əvvəl Vladislav Kulaç, Sezar Meza Kolli və İlkin Muradovla vidalaşıb.