10 iyun 2024 11:29
350

"Barselona" futbolçusuna yeni müqavilə təklif etdi

"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqu komandada saxlamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kataloniya klubu 27 yaşlı futbolçunu satmaq niyyətində deyil. Artıq "Barselona" De Yonqa yeni müqavilə təklif edib. Sözləşmə 3 il müddətinə nəzərdə tutulub.

Ötən mövsüm de Yonq bütün yarışlarda 30 matçda meydana çıxıb və 2 qol vurub. Futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.