09 iyun 2024 19:53
313

Güləşçimiz çempion olub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

E.Əzizli maksimum nəticəylə reytinq turnirində çempion olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.