09 iyun 2024 22:43
1257

Qadın basketbolçularımız Avropa Kubokuna vəsiqə qazanıb - YENİLƏNİB - 2

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

***

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma Malta seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 15:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Yığma daha Lüksemburq - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

***

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14

Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.