08 iyun 2024 19:02
370

Selçuk İnanla bağlı qərar verildi

Türkiyə Superliqası təmsilçisi "Qaziantep" baş məşqçisi Selçuk İnanla bağlı qərar verib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, rəhbərlik 2024/35 mövsümündə də türkiyəli mütəxssislə əməkdaşlığa davam etmək qərarına gəlib.

Qeyd edək ki, S.İnan ötən ilin avqustundan "Qaziantep"i çalışdırır. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümündə Superliqanı 44 xalla 11-ci pillədə başa vurub.