08 iyun 2024 18:42
384

Avropa Kuboku: Azərbaycan yığması ilk oyunda qələbə qazanıb

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, yığma Malta seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 17:14 hesabı ilə üstələyib.

Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.