08 iyun 2024 22:22
753

Güləşçimiz reytinq turnirinin qalibi olub - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.

“İki sahil” xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

***

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (63 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə uğurlu start verib.

“İki sahil” xəbər verir ki, idmançı sözügedən yarışda finaladək irəliləyə bilib.

İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.