Braziliyalı futbolçu Tyaqo Silvanın ölkəsinin “Fluminense” komandasına transferi böyük marağa səbəb olub.
“İki sahil” xəbər verir ki, 39 yaşlı oyunçunun “Marakana” stadionunda keçirilən təqdimat mərasiminə 55 mindən çox insan qatılıb. Bu da Braziliyada bir futbolçunun təqdimatı üçün rekord göstəricidir.
T. Silva 2006-2009-cu illərdə yetirməsi olduğu “Fluminense”nin əsas heyətində forma geyinib və Braziliya kubokunu qazanıb.
Qeyd edək ki, Tyaqo Silva son olaraq İngiltərənin “Çelsi” komandasında çıxış edib.