04 iyun 2024 17:04
439

Astara rayonunun daha bir kəndinin qazlaşdırılması işləri yekunlaşıb - VİDEO/FOTO

Astara rayonunun Səlivə kəndinin qazlaşdırılması prosesi başa çatıb.

“İki sahil” xəbər verir ki, bu məqsədlə Astara RİH-nin başçısı, SOCAR-ın “Azəriqaz” İB-nin rəsmiləri kənd sakinləri ilə görüş keçiriblər.

Tədbirdə bütün bölgələrdə qazlaşdırma işlərinin diqqət mərkəzində olduğu və dövlət proqramı çərçivəsində işlərin davamlı şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. Birliyin Lənkəran RQİİ-nin rəisi görülən işlərin davamı olaraq ötən il rayonun Deqadi kəndi və Astara şəhərinin Nuru Paşa küçəsinin genişlənməsi nəticəsində yaranmış yeni massivin təbii qazla təmin edildiyini bildirib.

Səlivə kəndinin qazlaşdırılması məqsədilə ümumilikdə 15300 m müxtəlif diametrli qaz xətləri çəkilib ki, bunun nəticəsi kimi kənddə 86 fərdi evdə məskunlaşmış 500-ə yaxın sakinin qaz təchizatı şəbəkəsinə əlçatanlığı təmin edilməsi ilə bağlı məlumat verilib. Kənd sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, hal-hazırda rayonun Vənəşikəş və Taxtanəkəran kəndlərində tikinti quraşdırma işləri davam edir.