İsveçrənin Aralıq dənizi mətbəxi üzrə ixtisaslaşmış kaelər şəbəkəsi yeniliyə imza atıblar.
Yeni restoranın açılışı şərəfinə meteoroloji zond vasitəsilə kosmosa şaurma göndərilib.
Küftəli şaurma "Ayverdi's" şəbəkəsinin əsas xörəyi sayılır. Şəbəkə Sürixdə yerləşir. Vidikon şəhərində istifadəyə verilən kafe raketə bənzədiyi üçün əməkdaşların ağlına belə bir ideya gəlib.
Şaurma 37 km hündürlüyə qalxıb. Zonda quraşdırılan kamera vasitəsilə uçuş vaxtı donan şaurma lentə alınıb.