Milli Məclisin deputatıAnar Məmmədov Goranboy rayonu Nadirkənd kəndində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların müraciəti dinlənilib, şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, ev təmirinə köməklik, sosial yardım, su çəkilişi, sahibkarlıq və həyətyani sahə üçün torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin tikintisi üçün icazə və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri millət vəkili tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb
Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur
Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb