Ermənistanda xəstəxanaya yerləşdirilən 19 yaşlı əsgər ölüb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, ölən erməni əsgər 19 yaşlı Hrazdan şəhər sakini Parqev Saribekyandır.
Qeyd edək ki, erməni əsgər Hrazdan tibb mərkəzinə yanvarın 2-də köçürülüb. Həmin gün saat 19:10 radələrində Saribekyan idarə etdiyi "Mercedes" markalı 34 MV 682 nömrəli avtomobillə ağaca çırpılıb.
Qəza nəticəsində Saribekyan və sərnişin 18 yaşlı Edqar Xaçatryan müxtəlif bədən xəsarətləri ilə Hrazdan tibb mərkəzinə köçürülüb.
Məlumata görə, Saribekyan əsgər olub və məzuniyyətə buraxılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub