Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb.
DİN-in mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib.
Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəlüldlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıb. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.
Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb
Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur
Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb