25 may 2024 13:13
360

Ölkəmizə 12 kq narkotik keçirmək istədilər, sərhədçilərimizi keçə bilmədilər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətinin yaydığı məlumata görə, may ayının 24-də saat 01:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqram 748 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.