Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Hindistanın “ONGC Videsh Limited” şirkətinin baş icraçı direktoru Racarşi Qupta ilə görüşüb.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
Qeyd olunub ki, görüşdə iki şirkət arasında mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.