Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini sevənlərinin ixtiyarına verib. O, illər sonra “Gözlərim” mahnısını tam yeni formatda təqdim edib.
“İki sahil” xəbər verir ki, pop ulduzun yeni layihəsində bəstəkar Camal Qurbanov və gənc müğənni İsmayıl Əliyev də yer alıb. Sənətçilər “Gözlərim” üçün kamera qarşısına keçib klip də çəkdiriblər.
Qeyd edək ki, mahnının sözləri Əbülfət İslama, musiqisi isə Xalq artistinin özünə məxsusdur. Klipin art direktoru Röyal Səfərov. Layihənin ideya müəllifi Camal Qurbanov, prodüseri isə Yalçın Cabbarovdur.
Onu da vurğulayaq ki, “Gözlərim” mahnısı “Tik-tok”da trendədir.