Ötən il ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 231 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 25 nəfəri qadın hərbi qulluqçulardır.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirədə deyilib.
Bildirilib ki, ötən il 8 nəfər ehtiyatda olan zabit ehtiyatdan çağırılaraq 1 il 6 ay müddətinə və 11 nəfər ehtiyatda olan gizir ehtiyatdan çağırılaraq 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, onlardan 5 nəfər zabit və 1 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edirlər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub