18 aprel 2024 13:59
3559

Bu, ABŞ-ın rikayarlığının növbəti dəfə nümayişidir - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ rusiyalı sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaq əvəzinə neqativ şərh edib.  Bu, ABŞ-ın rikayarlığının növbəti dəfə nümayişidir. Vaşinqton Son 3 ildə tərtəflərlə danışıqlara gedib, prosesi üçtərəfli razılaşma formatından çıxardı və prosesə öncə Fransa, daha sonra Avropa İttifaqı, ardınca da digər kənar qüvvələr regiona soxuldu.  Dünyanın bütün bölgələrindən Rusiyanı çıxarmağa  çalışan ABŞ Qarabağda qalmasını arzulayırmış.  

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Yeganə Hacıyeva söylədi. 

Politoloq vurğuladı ki, ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağırıb. 2022-ci ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin Qazaxıstandan çıxarılmasını çağırmış və bunu alqışlamışdı.  ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlamalı və buna görə şəxsən Azərbaycan Prezidentini təbrik etməli idi. ABŞ-ın Rusiyanın sülhməramlı kontingentinin Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan çıxarılmasına çağırışının da səmimiyyəti elə bu qədərdir.  Ukrainada da həmçinin…

Yaqut Ağaşahqızı, “İki sahil”