Dünyanın ən qabaqcıl və insanaoxşar robotu sayılan "Sofiya" Ukraynada korrupsiya ilə bağlı sualı cavablandıra bilməyərək sıradan çıxıb.
Bu barədə Ali Radanın deputatı Alyona Şkrum bildirib.
Onun sözlərinə görə, hadisə Davosda keçirilən Dünya İqtisadi Forumunda qeydə alınıb: "Dünyanın ən qabaqcıl texnologiyası ilə hazırlanmış "Sofiya" robotuna, "Ukraynadakı korrupsiya ilə bağlı nə etmək olar?" sualı verildikdən sonra onun skripti sıradan çıxıb və prosessoru donub".
Buna qədər "Sofiya" robotu Davos forumundakı iştirakçıların müxtəlif suallarını cavablandırmaqla gündəmə gəlmişdi. /faktxəbər