01 aprel 2024 11:34
971

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz töhfələrini verməkdədir. Hər il yaz və payız mövsümlərində bu istiqamətdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri görülür.

“İki sahil” xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşıllaşdırma tədbirləri davam etdirilir. Ağacəkmə aksiyaları Cəmiyyətin idarə və müəssisələrdə aparılır. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəltməkdir. Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC Aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin əməkdaşları iştirak edir.

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun həmişəyaşıl ağaclar əkilib. Həmçinin əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilərək ərazilərdə abadlıq işləri aparılıb.