Yanvarın 30-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış üç milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) altı yüz min manat ayrılması barədə qərar qəbul edilib.
İclasda, həmçinin “Avto FM” radiosunun ölkə ərazisində genişmiqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul olunub.