Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.
Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.
Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub