30 mart 2024 20:39
1388

TDT Mart soyqırımı ilə əlaqədar paylaşım edib

Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib.

“İki sahil” xəbər verir ki, TDT-nin soyqırımının 106-cı ildönümü ilə əlaqədar paylaşdığı mətndə qeyd olunub:

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”.