24 mart 2024 15:49
568

Bakı İsraildən ən yeni silahlar alacaq

Bakı İsrail Müdafiə Nazirliyinə hərbi texnikanın alınması üçün yeni siyahı təqdim edib. 

“İki sahil” xəbər verir ki, bu barədə Shephard Media portalı məlumat yayıb.

Siyahıya bir metrdən az ayırdetmə qabiliyyətinə malik iki "Ofeq" kəşfiyyat peyki, SpyX kamikadze dronları, tank əleyhinə sistemlər, qabaqcıl şəbəkə rabitə sistemləri və elektron döyüş sistemləri daxil edilib.