“Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik”.
Bu sözləri müğənni Natavan Həbibi “Xəbərin var?” proqramında ayrıldığı həyat yoldaşı, reper Dado (Səid Əliyev) ilə münasibətlərindən danışarkən deyib.
“Dado ilə münasibətlərimizdə artıq o nöqtəyə gəlib çatmışıq ki, bölüşməyə, araşdırmağa da, bir-birimizi günahlandırmağa da bir şeyimiz yoxdur. Bizdə hər şey aydındır. Ona görə biz əl-ələ verib yavaş-yavaş uşağımızı böyüdürük. Övladımıza gözəl şeylər yaşatmağa çalışırıq. Oğlumuz bizim münasibəti gözəl görməlidir ki, biz bir-birimizə hörmətlə baxa bilək”, - o əlavə edib.
“Qafqazinfo”