19 mart 2024 16:48
985

SOCAR-da “Liderlik Akademiyası” konsepti üzrə təlimlərə start verilib - FOTO

“Liderlik Akademiyası” konsepti çərçivəsində “Baker Hughes” Universiteti tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ dəyərləri əsasında hazırlanan mövcud və potensial liderlərin inkişaf etdirilməsi üzrə praktiki təlim proqramlarına start verilib.

"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, təlimin birinci hissəsi davranış səriştələri və təlimlərin idarəolunması üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik Ashley Thompson və Rossano Gagliardi tərəfindən 11-14 mart tarixlərində keçirilib.

Liderlərin inkişafı təlimlərinə SOCAR Qrupdan apstrim, midstrim və daunstrim istiqamətləri üzrə ümumilikdə 40 nəfər əməkdaş cəlb edilib. İştirakçılar “Etimad mədəniyyətinin yaradılması və qurulması”, “Dayanıqlı Liderlik”, “Liderlik və effektiv komanda idarəçiliyi”, “Rəqabət mühitində ünsiyyət üslubları”, “Təqdimat bacarıqları” və digər modullar üzrə təlimdə iştirak ediblər.

Qeyd edək ki, sözügedən təlimlərin ikinci hissəsinin aprel ayında təşkil edilməsi nəzərdə tutulub.