14 mart 2024 18:11
590

Coli Pittə uduzdu

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə qarşı açdığı məhkəməni uduzub.

“İki sahil” xəbər verir ki, keçmiş cütlük arasındakı 2016-cı ildən başlayan şərab zavodu ilə bağlı məhkəmənin ilkin qərarı verilib. Aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışıblar. Ancaq məhkəmə bu cəhdi əsassız hesab edib.

Qeyd edək ki, məhkəmə prosesi cütlüyün birgə şərab zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı başlayıb. Bildirilir ki, keçən ilin payızında Coli ərindən xəbərsiz Şeflerlə sövdələşməyə girərək öz hissələrini ona satıb. Aktrisa Pittin ona 350 milyon dollar borcu olduğunu əsas gətirərək belə bir addım atdığını deyib.