06 mart 2024 13:23
481

Ankarada Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub

Ankrada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülər həmkarını rəsmi mərasimlə qarşılayıb. Daha sonra iki nazir arasında görüş olub.

Qeyd edək ki, Z.Həsənov martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.