Türkiyənin məşhur müğənnisi Nuray Hafiftaş dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, o, bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, Hafiftaş ötən ilin iyun ayında qaraciyər xərçənginə yoluxmuşdu.
Onun müalicə xərclərini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üzərinə götürmüşdü.
----------
14:30
Xərçəng xəstəsi olan müğənni Nuray Hafiftaşın vəziyyəti pisləşib.
Bu barədə məlumatı Onur Akay yayıb. Akay Tvitter səhifəsində "Nuray Hafiftaşın vəziyyəti ağır və ciddidir" yazıb.
Reanimasiyaya yerləşdirilən sənətçinin həkimləri "hər an hər şeyə hazır olun" deyiblər.