26 fevral 2024 15:57
691

Culfada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında anım tədbiri keçirilib.

Rayon İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki,  tədbirdə Xocalıda qətlə yetirilən günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Abdullayeva çıxış edərək “Xocalı soyqırımı” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra faciəsi qurbanlarına həsr edilmiş "Xocalı tarixin izi ilə" adlı film nümayiş olunub.