15 fevral 2018 17:23
1479

Məşhur müğənni ilə aktrisa nişanlandı

Müğənni Can Bonomo Öykü Karayellə nişanlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük münasibətlərini rəsmiləşdirməyə qərar verib və bu yolda ilk addımı atıb.

Venesiyada keçirdikləri yeni il tətilində Can Bonomo aktrisaya evlənmə təklif edib. Dünən isə ailə arasında keçirilən yığıncaqda Can Bonomo ilə Öykü Karayel nişanlanıb.

Ulduzların toyu iyunda baş tutacaq.