26 fevral 2024 14:49
505

Çikaqoda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

Çikaqoda “Qlobal dialoq: Xocalının nəticələri - xatirələr və niyyətlər” adlı konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir İllinoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzində baş tutub.

Görüşdə Tennessi Texnologiya Universitetinin politologiya professoru Maykl Günter çıxış edərək Xocalı soyqırımının baş verdiyi siyasi mənzərədən danışıb.

Fəlsəfə elmləri doktoru, Sülh və Münaqişə Tədqiqatları kafedrasının həmsədri Əli Əsgərov münaqişənin həlli məsələlərinə toxunub.

Litvalı hərbi jurnalist Riçardas Lapaytis münaqişələrin işıqlandırılmasının beynəlxalq aspektləri və onların Xocalı hadisələri ilə rezonansından bəhs edib.