26 fevral 2024 14:18
456

İran səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, - paylaşımda qeyd olunub.