26 fevral 2024 13:43
449

İtaliya səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İtaliyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya səfirliyinin "X" hesabında paylaşım edilib.

"İtaliyanın Bakıdakı səfirliyi 26 fevral 1992-ci ildə baş verən Xocalı qətliamının qurbanları ilə bağlı Azərbaycan xalqına başsağlığı verir. Qoy bu faciənin xatirəsi gələcək üçün xəbərdarlıq olsun və regionda sülhə töhfə versin", - paylaşımda qeyd olunub.