26 fevral 2024 10:57
383

Binəli Yıldırım Xocalı faciəsi ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım Xocalı faciəsi ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“26 Fevral 1992-ci ildə Xocalıda qadın, kişi, yaşlı, uşaq demədən xunxarca qətl edilən qardaşlarımızın kədəri hələ də qəlbimizdədir... Bəşər tarixinin qara ləkəsi Xocalı qətliamında itirdiyimiz canlarımızı rəhmətlə anıram”.